Könlü yemiş istəyən, dolanar tağ başına.

He that eat kernel must crack the nut. Не хочешь холоду - полюбишь лес с молоду. / Не разгрызёшь ореха, так не съешь и ядра.
könlü tutulmaq
könlündən keçirmək*
OBASTAN VİKİ
Yemiş
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Yemiş bayramı
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş günü
Yemiş günü (türkm. Gawun baýramy) — Türkmənistanda milli bayramlardan biri. Yemiş (qovun) Türkmənistan üçün ən mühüm bostan bitkisidir. Hər il avqust ayının 2-ci bazar günü Türkmənistanda "Yemiş günü" keçirilir. Həmin gün hamı yemiş yeməli, bir-birinə yemiş hədiyyə etməlidir. Orada yemişin 200-dək növü becərilir.
Yemiş milçəyi
Yemiş milçəyi (lat. Myiopardalis pardalina) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin əlvanqanadlılar fəsiləsinə aid bir növ. Yetkin milçəklər sarı rənglidir və kürək hissəsində parlaq qara ləkələr var. Qanadları üzərindən üç sarı zolaq gedir. Uzunluğu 5,5–6,5 mm-dir. Yumurtası uzunsov və parlaq olub, süd rəngindədir. Böyüklüyü 1 mm-dir. Sürfəsi ağ rəngli olub, ayaqsızdır, uzunluğu 10 mm-dir. Yalançı baramaları sarı-qonur rəngli olub, uzunluğu 7–8 mm-dir. Dişi milçəklər pupdan uçduqdan 5 gün sonra yumurta qoymağa başlayır.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ (beyin)
Tağ lat. fornix müxtəlif sinir liflərindən təşkil olunmuş qövsi zolaq şəklində törəmə olub döyənək cisim altında yerləşərək, məməciyəbənzər cismi dənizatıyanı qırışığı qırmağı ilə birləşdirir. O, lat. columna fornicis adlanan sütun vasitəsilə məməciyəbənzər cisimdən başlayaraq qövsi istiqamətdə görmə qabaraltından yuxarıya doğru qalxır və III mədəciyin ön-yan divarı ilə gedərək mədəciklərarası dəliyin önünə və beynin ön bitişməsinin aşağı səthinə çatır; burada döyənək cisim kötüyünün ön səthinə keçərək dogər tərəfdəkitağın eyni hissəsi ilə birləşir və tağ cismini lat. corpus fornicis əmələ gətirir. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников.
Tağ (termin)
Tağ (rus. свод, ing. arch) — en kəsiyi onlarla və ya yüzlərlə kilometrdən çox olan iri izometrik günbəzvari platforma strukturu; özülün tağvari qalxması.
Tağ bəndi
əsas məqalə: Su bəndləri Tağ bəndi — çayın yuxarı istiqamətinə doğru əyilmiş beton bəndidir. Tağ bəndi elə qurulmuşdur ki, suyun ona qarşı olan, yəni hidrostatik təzyiq kimi tanınan su qüvvəsi tağın üzərinə təzyiq göstərərkən, tağın bir qədər düzləşməsinə və təməli və ya dayaqları istiqamətində itələnərkən strukturun daha da möhkəmlənməsinə səbəb olur. Tağ bəndi, strukturu və gərginliyi dəstəkləmək üçün dözümlü və dik qaya divarlarına malik olan dar kanyonlar və ya dərələr üçün ən müvafiqdir. Hər hansı digər bənd tipindən daha incə olduqları üçün tağ bəndi az tikinti materialı tələb edir, bu da onları ucqar ərazilərdə daha qənaətcil və praktik edir. Tağ bəndin yuxarı axın əyrisi suyun təkanını ya birbaşa vadinin kənarlarına, ya da dolayısı ilə beton dayaqlar vasitəsilə ötürür. Gücünün tamamilə dayaqlarındakı effektiv dayaqdan asılı olduğunu nəzərə alsaq, tağ bəndləri üçün yalnız səs daşını təmin edən əlverişli yerlər uyğun gəlir. Teorik olaraq, V-şəkilli vadidə ideal sabit bucaqlı tağ 133° əyrilik mərkəzi bucağına malikdir. Bu faktdan birinci 1913–14-cü illərdə Alyaskada Salmon Creeking-də tikilmiş "sabit bucaqlı" (və ya dəyişən radiuslu) tağ bəndində istifadə olunur. Tağ bəndləri digər bənd növlərindən nisbətən uğursuzluğa qarşı daha çox müqavimət göstərir. Yenə də axın yolu güclü yağış və ya daşqın hadisələrini qarşılamaq üçün vacib olaraq qalır.
Tağ (dəqiqləşdirmə)
Tağ
Saniyə başına meqabayt
Saniyə başına meqabayt (ing.MBps (megabytes per second), ru. мегабайт в секунду)- qurğular arasında verilənlərin ötürülmə sürətini təsvir etmək üçün istifadə olunan ölçü vahidi. Bir meqabayt 1048576 bayta bərabərdir. MBps qısaltmasını Mbps (saniyə başına meqabit) ilə dəyişik salmaq olmaz. Belə ki, Mbps ilə, adətən, kompüter şəbəkələrində verilənlərin ötürülmə sürətini ölçürlər. Şəbəkədə olmayan avadanlıqlar arasında verilənlərin ötürülmə sürətini isə bir saniyədə ötürülən baytların sayı ilə ifadə edirlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Alan qapıları (tağ)
Alan qapıları (tağ) (inquş Ала́ной ков) — Qədim Alan sivilizasiyasının və onun nümayəndələrinin xatirəsinə qədim İnquş qülləsi memarlığı üslubunda inşa edilmiş İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərinin zəfər giriş qapıları.. Monumental memarlıq quruluşu - "Alan Qapısı" tağlı tavanla bağlanan iki yan və bir mərkəzi qüllədən ibarətdir. Qüllələr hər metrdə 13 santimetr daralır. Qüllə binalarının hər iki tərəfində, ikinci mərtəbədən tağın üstünə gedən spiralvari bir pilləkən var. Burada şəhərə, Barışıq qülləsinə və Qafqaz dağlarının əzəmətli qulləsinə baxan müşahidə göyərtəsi var. Qüllələrin hündürlüyü 18 metrə çatır və bir qüllənin kənarından digərinin uzaq sərhədinə qədər olan qapının eni 24 metrdir. Tağın tavanlarının üstündə, Maqasın gerbi hər iki tərəfdəki divarlara hörülmüşdür. Tağın ön giriş tərəfində, qüllələrin dayaqlarının qarşısında heykəllər var. Hər qüllədə üç heykəl qoyulub. Yan tərəfində qədim İnquş döyüşçülərinin heykəlləri - ölkənin mühafizəçiləri və əsas qoruyucularının heykəlləri yerləşir.
Mərmər tağ (London)
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Tağ-qravitasiya bəndləri
Əsas məqalə: Su bəndləri Tağ-qravitasiya bəndi — həm tağ bəndinin, həm də qravitasiya bəndinin xüsusiyyətlərinə malik olan bənd növüdür. Bu tip bəndlər qravitasiya qüvvəsi və qövs hərəkətindən istifadə edərək öz çəkiləri ilə suyun itkisinə müqavimət göstərən bəndlərdir.
Gecə yarısı küçədə tək başına bir qız (film, 2014)
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.